BAZAR, 18 Noyabr 2018

 

 

 

 

 

 


 

 

e-h

 


 

odenis ONLAYN ÖDƏNİŞLƏR

 


 

 

eimza

 


 

POÇT GÖNDƏRİŞLƏRİNİN İZLƏNMƏSİ

 

Калькулятор расчета пеноблоков смотрите на этом ресурсе
Все о каркасном доме можно найти здесь http://stroidom-shop.ru
Как снять комнату в коммунальной квартире смотрите тут comintour.net
1. Zərflərin (məktubların) standartları

   

Zərflərin (məktubların) standartları

 

      

2. Poçt göndərişlərinin ünvanlarının yazılması standartları

 

3 Poçtun keçid standartları

 

Poçtun keçid standartları

S/N

Yaşayış məntəqəsi

Keçid müddəti

1

Şəhər və rayon mərkəzlərinin   daxilində

G+1

2

Bakı şəhəri ilə rayon mərkəzləri arasında

G+2

3

Bakı şəhəri ilə rayonların kəndləri arasında

G+3

4

Şəhər və rayon mərkəzləri arasında

G+3

5

Bir rayonun kəndləri arasında

G+2

6

Ayrı-ayrı rayonların kəndləri arasında

G+4

 

4. İstifadəçilərin şikayət və ərizələrinə baxılması standartları

 

İstifadəçilərin şikayət və ərizələrinə baxılması standartları

İstifadəçilər iradlarına dair ərizələri (məktubları) ilə müştərilərlə bilavasitə təmasda olan istənilən poçt müəssisəsinə müraciət edə bilərlər. Əgər istifadəçi iradına dair ərizəsi (məktubu) ilə poçt göndərişlərini qəbul etmiş və ya göndərişi çatdırmalı olan poçt müəssisəinə deyil, digər poçt müəssisəsinə müraciət edərsə, bu halda ərizə (məktub) göndərişi qəbul edən poçt şöbəsinin tabe olduğu poçtamta göndərilməlidir. Bu haqda istifadəçi mütləq yazılı xəbərdar edilir.

Əgər göndərici və ya alıcı hüquqi şəxsdirsə, onun tabe olduğu yuxarı təşkilat, fiziki şəxsdirsə etibarnamə ilə digər şəxs irada dair ərizə (məktub) ilə müraciət edə bilər.

531. Poçt şöbəsində qəbul edilmiş irada dair ərizələr (məktublar) ertəsi gündən gec olmayaraq tabeçilik üzrə poçtamta göndərilir.

532.Poçt göndərişinin çatdırılması, geçikdirilməsi, itirilməsi, zədələnməsi ilə bağlı istifadəçinin iradına dair ərizəsi (məktubu) göndərişin qəbul günündən etibarən 6 ay ərzində verilə bilər.

Irada dair ərizəyə (məktuba) qəbz (dəstə ilə göndərişlər üçün əlavə olaraq F.103, 103 A siyahısı) və ya poçt müəssisəsi tərəfindən təsdiq edilmiş, onların surətləri əlavə edilir. Əgər irada dair ərizə ilə istifadəçi deyil, onun etibar etdiyi şəxs müraciət edirsə, ərizəyə etibarnamə də əlavə edilir.

533. İrada dair ərizədə (məktubda) poçt göndərişlərinə dair ətraflı məlumatlar, o cümlədən poçt göndərişlərinin növü, qəbzin nömrəsi və tarixi, qəbul və təyinat yeri, bəyan olunmuş qiymət, alıcının soyadı, adı, atasının adı göndərilir.

534. İrada dair ərizə (məktub) şəxsən təqdim edildikdə, qəbz (dəstə ilə göndərişlər üçün əlavə olaraq F.103, 103-A siyahısı) ərizəçiyə geri qaytarılır. Bu halda ərizədə (məktubda) poçt göndərişlərinə dair məlumatların tamlığı və dəqiqliyi yoxlanılır, bu barədə qəbzdə ərizəni qəbul edən poçt işçisi tərəfindən müvafiq qeyd edilir. Qeyd poçt işçisinin imzası və təqvim ştempeli ilə təsdiqlənir.

535. İstifadəçinin daxili göndərişə görə iradına dair ərizəsinə (məktubuna) 15 iş günü ərzində, beynəlxalq göndərişə görə iradına dair ərizəsinə (məktubuna) isə 3 ay ərzində baxılmalı və dərhal qəbul olunan qərar barədə istifadəçiyə yazılı məlumat verilməli, lazımi hallarda kompensasiya ödənilməli və müvafiq ödəniş haqları geri qaytarılmalıdır.

536. İstifadəçinin iradının əsaslı olduğu müəyyənləşdirildikdə, bu Qaydalarda nəzərdə tutulmuş kompensasiya və qaytarılan ödəniş haqları ərizəçi fiziki şəxs olduqda xidməti pul baratı ilə, hüquqi şəxs olduqda isə köçürmə yolu ilə ödənilir.

537. İtirilmiş poçt göndərişi kompensasiya ödənildikdən və ödəniş haqqı qaydarıldıqdan sonra tapılarsa, qarşılıqlı razılıq əsasında kompensasiya və qaytarılmış ödəniş haqları geri alındıqdan sonra bu poçt göndərişi 5 iş günü müddətində göndəriciyə və ya alıcıya verilir.

538. Xaricə göndərilmiş beynəlxalq sifarişli məktubun (banderolun), kiçik paketin, bağlama və ya qiyməti bəyan olunmuş məktubun axtarışı, itkisi, içərisindəki əşyaların çatışmaması, zədələnməsi və s. barədə istifadəçinin iradına dair ərizəsinə (məktubuna) F.11 reyestrinin (F.16 qaiməsinin), F-CN23 gömrük bəyannaməsinin, F.PÇ-1 (F.PÇ-3) qəbzinin surətləri əlavə edilərək poçt şöbəsi tərəfindən tabeçilik üzrə poçtamta göndərilir. Poçtamt isə ərizəyə (məktuba) göndərişin PDM-ə təhvil verilməsinə dair müvafiq sənədlərin surətlərini əlavə edərək MO-nun müvafiq şöbəsinə göndərir. MO-nun şöbəsi isə öz növbəsində bu beynəlxalq poçt göndərişi ilə əlaqədar xarici ölkələrin poçt müdiriyyətlərinin müvafiq xidmətləri ilə araşdırmalar aparıb, nəticəsi barədə ərizəçiyə məlumat verir.

539. Gömrük rüsumunun səhv hesablanmasına və ya onun məbləğinin azaldılmasına dair ərizə alıcı tərəfindən bağlamaya (kiçik paketə) baxış keçirmiş gömrük idarəsinə göndərilməlidir.

5. Poçt şöbələrinin və agentliklərin yerləşdirilməsi standartları

 

Poçt şöbələrinin və agentliklərin yerləşdirilməsi standartları

Poçt şöbələrinin yerləşdirilməsi ayrı-ayrı yaşayış məntəqələri üzrə həmin ərazidə xidmət göslərilən əhalinin sayına görə aşağıdakı kimi müəyyən olunur:

Bakı şəhərındə - əhalinin sayı 20.0 min nəfərədək olduqda;

Bakıətrafı kənd və qəsəbələrdə əhalinin sayı 5000 nəfərdən artıq olduqda;

Respublika tabeli digər şahərlərdə - əhalinin sayı 10,0 min nəfərədək olduqda;

Rayon mərkəzlərində - əhalinin sayı 7.0 min nəfərədək olduqda;

Kənd və qəsəbələrdə:

əhalisinin sayı 1000 nəfərdən yuxarı olan dağlıq və dağətəyi ərazilərdəki kəndlərdə əhalisinin sayı 2000 nəfərdən yuxarı olan digər kənd və qəsəbələrdə.

6. Poçt qutularının yerləşdirilməsi standartları

 

Poçt qutularının yerləşdirilməsi standartları

Bakı şahərində poçt qutusunun yerləşdirilməsi əhalinin sıxlığı nəzərə alınmaqla 1 kv. km yaşayış arazisi üçün   2-3 ədəd, 1 kv.km qeyri-yaşayış massivi (istehsalat müəssisələrinin yerləşdiyi ərazilər) üçün 1 ədəd olmaqla;

Respublika tabeli digər şəhərlərdə poçt qutusunun yerləşdirilməsi 1.5 kv km yaşayış ərazisi üçün 2 ədəd olmaqla;

Rayon mərkəzlərində poçt qutusunun yerləşdirilməsi 1,5 kv.km yaşayış ərazisi üçün 1 ədəd olmaqla;

Poçt şöbələri fəaliyyət göstərən yaşayış məntəqələrində poçt qutusunun yerləşdirilməsi ahalinin sıxlığı nəzərə alınaraq 1-2 adəd olmaqla;

Poçt şöbəsi olmayan və əhalisinin sayi 250 nəfərdən çox olan kand yaşayış məntəqələrində poçt qutusunun yerləşdirilməsi 1 ədəd olmaqla taşkil olunub.

7. Poçt qutularının təmizlənməsi standartları

 

Poçt qutularının təmizlənməsi standartları

S/N

Yaşayış məntəqəsi

Həftə ərzində məktubların çıxarılma günlərinin sayı

Gün ərzində məktubların çıxarılma tezliyi

1.

Bakı şəhəri və respublika tabeli şəhərlərdə

6 gün

2 dəfə

2.

Rayon mərkəzləri və qəsəbələrdə

6 gün

1 dəfə

3.

Poçt şöbəsi olan kəndlərdə

5 gün

1 dəfə

4.

Poçt şöbəsi olmayan kəndlərdə

3 gün

1 dəfə

8. Azərbaycan Respublikası üzrə poçt indeksləri dörd rəqəmdən ibarətdir. İndeks eyni üslubda, qara və ya göy qələmlə yazılmalıdır.

 

 

Azərbaycan Respublikası üzrə poçt indeksləri dörd rəqəmdən ibarətdir. İndeks eyni üslubda, qara və ya göy qələmlə yazılmalıdır.